Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

Tarix: 25 Oct 2026 17:05

Braziliyada prezident seçkilərinin ikinci turu üzrə səsvermə keçirilir.

APA “Reuters”ə istinadən xəbər verir ki, seçkilərdə hazırkı Prezident Luiz İnasio Lula da Silva və keçmiş dövlət başçısı Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro mübarizə aparırlar.

Oktyabrın 4-də keçirilmiş birinci turda Flavio Bolsonaro 47%, Lula da Silva isə 45% səs toplayıb.

Seçkilərdə təxminən 159 milyon vətəndaş səsvermə hüququna malikdir.

İlkin nəticələrin oktyabrın 25-də axşam saatlarında açıqlanacağı gözlənilir.

Braziliya prezident seçkiləri Lula da Silva Flavio Bolsonaro səsvermə ikinci tur

Mənbə: apa.az

Xəbər Lenti