Bazar, 25 Oktyabr, 2026
Tarix: 25 Oct 2026 21:28
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə dizel yanacağının tədarükünə dair əldə olunan razılaşmanı müsbət qiymətləndirib.
APA xəbər verir ki, Tramp bu barədə Miçiqan ştatına səfərindən əvvəl Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.
“Onlar nefti bizə deyil, bütün dünyaya verdilər. Bu, çox yaxşı oldu”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp razılaşmanın konkret şərtləri, tədarükün həcmi və müddəti barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvanın ABŞ-a ixrac üçün nəzərdə tutulan dizel yanacağının bütün həcmini tədarük etməyə hazır olduğunu açıqlayıb.
ABŞ Rusiya Donald Tramp Aleksandr Novak dizel yanacağı neft enerji bazarı tədarük razılaşma
Mənbə: apa.az