Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 11:51
Astarada anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Murad Kazımzadənin cinayəti sübuta yetirilib. Ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürmə) ittihamdan xaric edilib. Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinən Murad Kazımzadə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən ilin avqust ayında Astarada baş verib. Murad Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası Məhəbbət Qasımovaya 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
Emin Şirvanzadə Hökm Astara anasını qətlə yetirən oğul Lənkəran Ağır Cinayətlər Məhkəməsi həbs cəza