Xarici sularda üzən dənizçilər seçkilərdə iştirak ediblər - FOTO

Tarix: 07.02.2024 14:12

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərində üzən dənizçilər növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə hüququndan istifadə edib.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə 84 gəminin 1455 nəfər heyət üzvünün səsverməsi Bakı vaxtı ilə saat 13:00-da 100 faiz təmin olunub.

Radioqram və mail vasitəsilə gəmilərdən dənizçilərin səsi ASCO-da yaradılan 44 saylı seçki məntəqəsinə göndərilib və bu səslər məntəqədən 7 saylı Səbail seçki dairəsinə daxil olacaq.

Xatırladaq ki, 84 gəmidən 76-sı Xəzər dənizində, 8-i Qara dəniz və Aralıq dənizi hövzələrində üzən gəmilərdir.

Xəbər Lenti