TDT Baş katibinin müavini: Prezident seçkilərinin ölkənin bütün suveren ərazisində keçirilməsi qürurvericidir

TDT Baş katibinin müavini: Prezident seçkilərinin ölkənin bütün suveren ərazisində keçirilməsi qürurvericidir

Tarix: 07 Feb 2024 18:45

Növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin ölkənin bütün suveren ərazisində keçirilməsi qürurverici hissdir.

Bu barədə APA-nın Türkiyə müxbirinin açıqlamasında Türk Dövlətləri Təşkilatı Baş Katibinin müavini Sədi Cəfərov bildirib.

O, Türkiyə ərazisində də seçkilərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb:

“Hər şey Azərbaycanın Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq təşkil edilib. Biz də öz səsvermə hüququmuzdan istifadə etdik. Azərbaycan xalqı və dövlətçiliyinə xeyirli olsun”, - o deyib.

Mənbə: apa.az

Xəbər Lenti