Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 15:18
Ucarda baş verən qəzada xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, xəsarət alanlar Ucar rayon sakinləri - 1975- ci il təvəllüdlü Səidə Mirzalı qızı Baxşəliyeva, 1966-cı il təvəllüdlü Zalike Mirzalı qızı Salikova, 1973- cü il təvəllüdlü Vəfa Qarapaşa qızı Baxşəliyeva, 1985- ci il təvəllüdlü Şərqiyə Vidadi qızı Rəhimova, 1952-ci il təvəllüdlü Aruza Mustafakamal qızı Məmmədova və 1967-ci il təvəllüdlü Şəfaqət Mirzalı qızı Rəhimovadır.
Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, иu gün13:40 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi magistralının Ucar rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (4 qadın, 2 kişi) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bildirilib ki, yaralılara bədənin müxtəlif hissələrinin əzilmiş, cızılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
***
14:59
Ucarda zəncirvari yol qəzası olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.
Belə ki, minik, yük və mikroavtobusun toqquşduğu qəzada 6 nəfər xəsarət alıb. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Zahid Abışov Ucar zəncirvari yol qəzası xəsarət
