Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 17:57
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının komandiri vəzifəsinə təyinat həyata keçirilib.
APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mühafizə alayının komandirinin müavini polkovnik-leytenant Bəxtiyar Məmmədov alayın komandiri vəzifəsinə təyin olunub.
Bəxtiyar Məmmədov 1987-ci ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2010-cu ildə daxili işlər orqanlarında başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin iyun ayından xidmətini ədliyyə orqanlarında davam etdirərək Mühafizə alayının komandirinin müavini vəzifəsinə təyin edilib. Məlumat üçün qeyd edək ki, Bəxtiyar Məmmədova 2025-ci ilin sentyabr ayından etibarən Mühafizə alayının komandiri vəzifəsinin icrası həvalə edilib.
Emin Şirvanzadə Ədliyyə Nazirliyi Penitensiar xidmət Mühafizə alayı komandir təyinat