İƏT Pİ Baş katibinin müavini: Seçki Zəfərdən sonra Azərbaycan üçün demokratiya bayramıdır

İƏT Pİ Baş katibinin müavini: Seçki Zəfərdən sonra Azərbaycan üçün demokratiya bayramıdır

Tarix: 08 Feb 2024 10:15

“Ötən gün Azərbaycandakı seçkilər çox aktiv və şəffaf şəkildə keçirilib. 7 fevral növbədənkənar Prezident seçkiləri Zəfərdən sonra Azərbaycan üçün demokratiya bayramı hesab oluna bilər”.

APA xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının Baş katibinin müavini Əli Əsgər Mohammadi Sicani 7 fevral Azərbaycanda keçirilən növbədənkənar seçkilərinin nəticələri ilə bağlı danışarkən deyib.

O bildirib ki, seçkilərdə bütün yaş qrupları üzrə aktivlik müşahidə olunub: “Ötən gün 8 məntəqədə olduq. 18 yaşlı seçici də, 85 yaşlı seçici də səsverməyə gəlmişdi. Xüsusən də qadınlar arasında böyük aktivlik müşahidə elədim. Bu, çox sevindirici haldır”.

İƏT Pİ Baş katibinin müavini: Seçki Zəfərdən sonra Azərbaycan üçün demokratiya bayramıdır

Mənbə: apa.az

Xəbər Lenti