Beyləqan və Yevlaxda kolluq və ağaclar olan ərazidə güclü yanğın başlayıb - YENİLƏNİB 2

Tarix: 19 Feb 2026 23:25

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

21:21

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

21:05

Beyləqan və Yevlax rayonları ərazisində kolluq və ağaclar olan ərazidə güclü yanğın başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bölgədə havanın küləkli keçməsi qısa müddətdə yanğının miqyasını genişləndirib.

Hazırda hər iki istiqamətdə yanğınsöndürən briqadaları alovla mübarizə aparır.

Geniş ərazidə xeyli sayda ağac və bitki kolları yanaraq məhv olub.

Elgün Gəncimsoy

Xəbər Lenti