Bakıda gömrük terminalının dayanacağında avtomobillərin altında meyit tapılıb

Tarix: 20 Feb 2026 12:10

Bakıda gömrük terminalında meyit tapılıb.

APA xəbər verir ki, hadisə fevralın 19-da qeydə alınıb. Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən Gömrük Terminalının dayanacağında avtomobillərin altında Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

Selcan Zaurqızı Bakı Qaradağ gömrük terminalı dayanacaq meyit tapılması

Xəbər Lenti