Novella Cəfəroğlu: Seçkilər nizam-intizamla keçirilib, qayda pozuntusuna rast gəlinməyib

Novella Cəfəroğlu: Seçkilər nizam-intizamla keçirilib, qayda pozuntusuna rast gəlinməyib

Tarix: 08 Feb 2024 15:03

“Biz bütün dünyaya göstərdik ki, normal seçki keçirə bilirik”.

APA xəbər verir ki, bunu “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Novella Cəfəroğlu brifinqdə deyib.

O bildirib ki, Azərbaycan bu seçkilərlə yeni eraya qədəm qoyur.

Novella Cəfəroğlu, həmçinin qeyd edib ki, 500-dən çox müşahidəçi ilə məntəqələrdə müşahidələr aparıblar:

"Müxtəlif məntəqələrdəki müşahidəçilərdən aldığımız məlumatlardan məlum oldu ki, seçkilər nizam-intizamla keçirilib. Qayda pozuntusuna rast gəlinməyib".

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Səidə Qocamanlı deyib ki, növbədənkənar prezident seçkilərində Qarabağı görməyən, amma ata-baba torpaqları olan yerlərdə müşahidə aparan gənclər də prosesi izləyiblər:

"Bu gənclərimiz Qarabağı gördülər, orada seçki prosesini izlədilər. Buna görə hesab edirəm ki, bu seçkilər tarixə yazılan bir gün oldu".

Mənbə: apa.az

Xəbər Lenti