Şənbə, 21 Ferval, 2026
Tarix: 21 Feb 2026 09:35
Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yanan “Mercedes” markalı yük avtomobilini söndürən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Yanğından Mühafizə Hissəsinin əməkdaşlarını avtomobil vurub.
Nəticədə 42 yaşlı Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı FHN yanğın