Şənbə, 21 Ferval, 2026
Tarix: 21 Feb 2026 12:11
Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü ölüb.
APA-nın məlumatına görə, paytaxtın Suraxanı rayonunda baş verib.
Məlumata görə, rayonun Zığ qəsəbəsinin ərazisində hərəkətdə olan 2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev idarə etdiyi “Minsk” markalı motosikleti səkiyə vurub.
M.Ovçuyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Selcan Zaurqızı Bakı qəza