Xaçmazda yük avtomobili ağaca çırpılıb, 1 nəfər ölüb

Tarix: 09 Feb 2024 00:52

Xudat-Qusar yolunun Xaçmaz rayonunun Digahoba kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, Emin Məmmədovun idarə etdiyi Ford markalı yük avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sərnişin, sürücünün qardaşı Elçin Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti