Lənkəranda kişi arvadını, sonra özünü ov tüfəngi ilə öldürüb

Tarix: 21 Feb 2026 22:29

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib. 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.

Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Emin Şirvanzadə

Xəbər Lenti