Çərşənbə, 1 İyul, 2026
Tarix: 09 Feb 2024 12:55
Azərbaycan Ordusu Türkiyə istehsalı PUA-nı silahlanmaya qəbul edib.
APA xəbər verir ki, “Akıncı” hücum PUA-ları silahlanmaya yeni qəbul edilib.
Qeyd edək ki, fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
Mənbə: apa.az