Gəncədə 12 yaşlı oğlan intihar edib

Gəncədə 12 yaşlı oğlan intihar edib

Tarix: 09 Feb 2024 16:12

Gəncədə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağman adlanan yaşayış massivində qeydə alınıb.

2012-ci il il təvəllüdlü A.M. yaşadığı evdə özünü asıb. Azyaşlının meyiti yaxınları tərəfindən asılmiş vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti