Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 09 Feb 2024 22:15
Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb.
Nəticədə Ülkər Məcidova və İlyas Məmmədov xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda fakt araşdırılır.
Mənbə: apa.az