Şirvan sakini ağır yanıq xəsarətləri ilə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib

Şirvan sakini ağır yanıq xəsarətləri ilə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib

Tarix: 23 Feb 2026 10:16

Şirvan sakini ağır yanıq xəsarətləri alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1977-ci il təvəllüdlü Abdullayev Məhərrəm Elyas oğlu bədənin termik yanığı xəsarətləri ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Mənbə: apa.az

Xəbər Lenti