Bazar ertəsi, 23 Ferval, 2026
Tarix: 23 Feb 2026 14:37
Zərdab rayonunda yeni doğulmuş körpə Bakıda xəstəxanada ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, ölüm faktı fevralın 22-də K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda qeydə alınıb.
Zərdab rayon sakini Tahir Qasımovun iddiasına görə, yeni doğulan nəvəsinin ölümünə həkim səhlənkarlığı səbəb olub: “Uşaqda sarılıq əlamətləri var idi. Zərdab Rayon Mərkəzi Xəstəxanasına apardıq, lakin orada ona səhv diaqnoz qoyuldu. Vəziyyəti ağır olan uşağı Bakıdakı Pediatriya İnstitutuna çatdırdıq, artıq gec idi. Körpə orada həyatını itirdi”.
Zahid Abışov Zərdab yeni doğulmuş körpə Bakı xəstəxana