Zaqatalada 2 mərtəbəli evdə yanğın olub

Tarix: 10 Feb 2024 14:12

Zaqatalada 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evində yanğın olub. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın günorta saatlarında rayonun Lahıc kəndində, kənd sakini Süleyman Saleh oğlu Yusifova məxsus ikimərtəbəli, 6 otaqdan ibarət evdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti