Hüquqşünas Müşfiq Abbasov inzibati qaydada həbs olunub - YENİLƏNİB

Tarix: 23 Feb 2026 18:30

Baş Prokurorluq hüquqşünas Müşfiq Abbasovun həbsi barədə məlumat yayıb

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, Abbasov Müşfiq Elman oğlu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin 23 fevral tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib.

***

18.09

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində hüquqşünas, Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov inzibati məsuliyyətə cəlb olunub.

APA xəbər verir ki, onunla bağlı Baş Prokurorluğun təqdimatına bu gün Yasamal rayon məhkəməsində baxılıb.

Məhkəmə Müşfiq Abbasovun 15 gün müddətinə inzibati qaydada həbs olunması barədə qərar verib.

Məlumata görə, onunla bağlı İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə inzibati xəta törətmiş hesab olunur.

Qeyd edək ki, Baş Prokurorluğun bu gün yaydığı məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən hüquqi tədbirləri çərçivəsində, İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Aparılan hüquqi icraatın nəticəsi olaraq, aidiyyəti məhkəmələr tərəfindən onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub:

"Göstərilənləri nəzərə alaraq Baş Prokurorluq vətəndaşlarımıza müraciət edərək bir daha bildirir ki, virtual məkan hüquqdan kənar və ya nəzarətsiz bir zona deyildir. Ona görə də vətəndaşlarımızı, xüsusilə sosial şəbəkə istifadəçilərini bu kimi neqativ davranışlardan uzaq durmağa, internet resurslarından istifadə zamanı etik normalara və qanunvericiliyin tələblərinə ciddi riayət etməyə səsləyirik. Unutmayın ki, hər bir kəs rəqəmsal mühitdə etdiyi çağırış və paylaşdığı məzmuna görə qanunla məsuliyyət daşıyır. Milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcək".

Qeyd edək ki, Müşfiq Abbasovun həbsi barədə ilk xəbəri "Qafqazinfo" yayıb.

Müşfiq Abbasov həbs

Xəbər Lenti