Sumqayıtda kişi quyuya düşərək ölüb

Sumqayıtda kişi quyuya düşərək ölüb

Tarix: 11 Feb 2024 01:01

Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb.

APA xəbər verir ki, hadisə Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü Mahir Qabil oğlu Əhmədov ərazidə olan üstü açıq quyuya düşərək ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.

Mənbə: apa.az

Xəbər Lenti