Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 11 Feb 2024 13:14
Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Məhəmməd Hadi küçəsində qeydə alınıb. Şəhərin 4 saylı orta məktəbində təhsil alan 2008-ci il təvəllüdlü H.B, onunla paralel oxuyan 2009-cu il təvəllüdlü yeniyetmə tərəfindən bıçaqlanıb. Bel və qarın nahiyəsindən iki bıçaq zərbəsi alan H.B təcili Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü yeniyetmə saxlanılıb. İlkin məlumata görə, hadisəyə səbəb yeniyetmələr arasında baş verən münaqişə olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az