Çərşənbə axşamı, 24 Ferval, 2026
Tarix: 24 Feb 2026 20:31
Yevlax şəhərində kafedə partlayışla nəticələnən yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. İlkin ehtimala əsasən, yanğın qaz balonunun partlaması nəticəsində baş verib.
Hadisə zamanı kafenin sahibi; Ruslan adlı şəxs xəsarət alıb. O, dərhal tibbi yardım üçün aidiyyəti üzrə çatdırılıb.
Əraziyə cəlb olunan FHN-in yanğınsöndürən qüvvələri alovu qısa müddətdə söndürüb.
Faktla bağlı araşdırma aparılır.
***
19:48
Yevlaxda kafe yanıb, bir nəfər xəsarət alıb.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Emin Şirvanzadə FHN Yevlax yanğın