Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 11 Feb 2024 19:06
Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.


Mənbə: apa.az