Kürdəmirdə yük maşını piyadanı vuraraq öldürüb

Tarix: 25 Feb 2026 15:01

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

APA-nın yerli bürosunun xəbərinə görə, İmişli rayon sakini 1969-cu il təvəllüdlü Müşviq Nəsirovun idarə etdiyi "MAN" markalı yük avtomobili Kürdəmir şəhər sakini, 1949-cu il təvəllüdlü Teyyub Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib. Fakt araşdırılır.

Zahid Abışov Kürdəmir yük maşını piyada yol qəzası

Xəbər Lenti