Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 12 Feb 2024 16:18
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (05.02.2024 - 11.02.2024) açıqlanıb.
ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Kəlbəcər, Xankəndi, Xocalı, Cəbrayıl və Zəngilanda 162 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 836 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 908,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Mənbə: apa.az