Kürşat Soylu: Türkiyə Prezidentinin ortaq əlifba məsələsində tam dəstəyi var

Tarix: 27 Feb 2026 13:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ortaq əlifba məsələsində bütün istiqamətlər üzrə tam dəstəyi var.

Bunu APA-ya açıqlamasında Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirində iştirak edən Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, millət vəkili Kürşat Zorlu deyib.

O bildirib ki, qarşıdakı dövrdə müxtəlif sahələrdə əlaqələri necə gücləndirirlərsə, ünsiyyətin daha da möhkəmlənməsi və ortaq əlifbanın tətbiqi istiqamətində də çoxsaylı addımlar atılmalıdır:

“Bu gün qarşımızda artıq yeni bir mərhələ dayanır. Çünki Türk Dövlətləri Təşkilatı mövcuddur və bu, əməkdaşlığımız üçün daha geniş imkanlar yaradır. Biz bir-birimizi heç bir vasitəçi olmadan anlayırıq. Çünki eyni ailəyə mənsubuq. 300 milyonluq Türk dünyasının gücü də məhz bu birlikdədir. Qarabağ zəfərindən sonra Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir və biz də Türkiyə olaraq sonadək qardaş ölkəmizin yanındayıq”.

Günay Elşən Kürşat Soylu Türkoloji Qurultay ortaq türk dili Ərdoğan

Xəbər Lenti