Vitse-spiker Milli Məclisin adının dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib

Tarix: 27 Feb 2026 13:09

Vitse-spiker Rafael Hüseynov Milli Məclisin adının dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib.

APA xəbər verir ki, Rafael Hüseynov belə təkliflə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Azərbaycan dilinin qrammatik normalarına görə, əslində “mədəni sənaye” yox, “mədəniyyət sənayesi”, “mədəni yaradıcılıq” deyil, “mədəniyyət yaradıcılığı” olmalıdır. Bundan başqa, əslində “Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır. Türkiyədə də belədir. Biz “millət vəkili” deyirik, “milli vəkil” yox”, - vitse-spiker bildirib.

Firuzə Vahid Rafael Hüseynov Milli Məclis sədrinin müavini Millət Məclisi

Xəbər Lenti