Şamaxıda daha bir zəlzələ olub, dağıntı və xəsarət barədə məlumat daxil olmayıb - YENİLƏNİB-2

Tarix: 27 Feb 2026 16:24

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

16:17

Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib.

Yeraltı təkanın dərinliyi 10 km-dir.

***

16:12

Şamaxıda 5 bal gücündə zəlzələ olub.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

***

16:01

Azərbaycanda hissedilən zəlzələ olub.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ Şamaxıda baş verib.

Yeraltı təkan yerli vaxtla 15:52-də baş verib.

13 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 4,7-dir.

Xəbər Lenti