Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 17:09
Hazırda onlarla ölkə ilə viza rejiminin sadələşdirilməsi istiqamətində danışıqlar aparılır.
APA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda təşkil etdiyi ictimai dinləmədə deyib.
Emil Səfərov bildirib ki, birtərəfli vizasız rejimin tətbiqi ilə bağlı layihənin davam etdirilməsi nəzərdə tutulur və yaxın müddətdə yeni ölkələrin də bu siyahıya əlavə olunması üçün işlər aparılır.
“Layihənin əsas məqsədi Azərbaycanın dost və strateji tərəfdaş ölkələrlə münasibətlərində vizasız və ya sadələşdirilmiş rejimi tətbiq etmək, miqrasiya riski olmayan turist axınını artırmaq və qarşılıqlı maraqları təmin etməkdir. Onu da qeyd edim ki, pandemiya dövründə tətbiq edilmiş sadələşdirilmiş mexanizm çərçivəsində yalnız konkret beynəlxalq tədbir üzrə 36 mindən çox şəxs ölkəyə səfər edib”, - XİN-in İdarə rəisi qeyd edib.
Günay Elşən Azərbaycan viza XİN İdarə rəisi