FHN-in vəzifələri sırasına minatəmizləmə fəaliyyətində iştirak daxil edilib

Tarix: 27 Feb 2026 16:59

Fövqəladə Hallar Nazirliyinin vəzifələri sırasına aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək daxil edilib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları haqqında Əsasnamə”yə də müvafiq dəyişiklik edilib.

Firuzə Vahid FHN minatəmizləmə

Xəbər Lenti