Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 19:13
FHN-in "112" qaynar telefon xəttinə İmişli rayonun Əliyetməzlər kəndində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınla mübarizə davam edir.
Emin Şirvanzadə yanğın FHN qamışlıq ərazi