Ucarda açıq ərazidə yanğın olub - FOTO

Tarix: 27 Feb 2026 18:53

Ucarda 3 hektara yaxın sahədə quru ot, kol-kos və ağaclar yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Qarabörk kəndi ərazisində baş verib. Boş ərazidə başlayan yanğın ağaclıq əraziyə keçib. Nəticədə kol-kos, bir neçə ağac yanıb.

Hadisə yerinə FHN-nin Ucar rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Zahid Abışov Ucar yanğın

Xəbər Lenti