Xırdalanda 36 yaşlı qadın 12-ci mərtəbədən yıxılaraq ölüb - FOTO

Tarix: 27 Feb 2026 22:54

Abşeron rayonunun Xırdalan şəhərində 36 yaşlı Mehdiyeva Zeynəb Mehdi qızı yaşayış binasının 12-ci mərtəbəsindən yıxılaraq ölüb.

APA-nın məlumatına görə, hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Sənan Bəhrəmli

Xəbər Lenti