Şamaxıda üçüncü zəlzələ qeydə alınıb - YENİLƏNİB-1

Tarix: 28 Feb 2026 08:20

Şamaxıda üçüncü zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin maqnitudası 3.8 olub.

Yeraltı təkanın ocağı 13 kilometr dərinlikdə qeydə alınıb. *** 05:01 Şamaxıda növbəti zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin maqnitudası 3.6 olub.

Yeraltı təkanın ocağı 14 kilometr dərinlikdə qeydə alınıb. *** 02:46 Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin maqnitudası 3.0 olub. Yeraltı təkanın ocağı 8 kilometr dərinlikdə qeydə alınıb.

Xəbər Lenti