İsmayıllıda zəncirvarı qəza olub, 2 nəfər ölüb

Tarix: 28 Feb 2026 10:12

İsmayıllıda ağır zəncirvarı avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən, hadisə rayonun Xanagah kənd istiqamətində qeydə alınıb. Belə ki, “Ford”, “VAZ 21011” və “Hundai” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ 21011” markalı avtomobildə olan iki nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

İlham Əhmədov İsamyıllı qəza ölüm

Xəbər Lenti