XİN Azərbaycan vətəndaşlarını İranı tərk etməyə və ora səfər etməməyə çağırıb

Tarix: 28 Feb 2026 11:49

İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən bildirilib.

"Həmçinin vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur. Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

[email protected] +98 905 523 01 07 +98 901 884 55 31 Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu

[email protected] +98 901 414 31 57 +98 935 317 21 01", - məlumatda vurğulanıb.

Firuzə Vahid İran Azərbaycan səfər

Xəbər Lenti