Masallıda keçmiş məhkumdan 5 kq narkotik aşkarlanıb

Tarix: 28 Feb 2026 12:53

Masallıda vətəndaşdan küllü miqdarda narkotik vasitə götürülüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.

Tədbirlə saxlanılan əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 37 yaşlı Cəlal Nurullayevdən 5 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb

Faktla bağlı cinayət işi başlanılıb, C.Nurullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

İlkin Rzayev narkotik saxlanılma Masallı marixuana heroin tiryək

Xəbər Lenti