Şənbə, 28 Ferval, 2026
Tarix: 28 Feb 2026 12:51
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə yardıldığı gündən indiyədək 30 milyondan çox zəng daxil olub.
APA xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin rəisi mayor Nizami Əsədov deyib.
O qeyd edib ki, sözügedən zənglər əsasında 4 milyondan çox hadisə kartı açılıb, 10 minlərlə təhlükəli vəziyyətlə üzləşən vətəndaşların təxliyyəsi həyata keçirilib: "112" qaynar telefon xəttinə ildə 2 milyondan çox zəng daxil olur Eyni zamanda, "112" qaynar telefon xətti xilasetmə qurumlarının fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətini, o cümlədən yanğınsöndürmə, axtarış-xilasetmə, qəza-xilasetmə istiqamətləri üzrə informasiya dəstəyini təmin edən, 24/7 rejimdə fəaliyyət göstərən fövqəladə zəng mərkəzidir".
Nizami Əsədov bildirib ki, qaynar telefon xəttinə daxil olan zənglər arasında əsassız, yalan xarakterli müraciətlər olur:
"Təəssüf ki, bu zənglər çoxluq təşkil edir. Bu da operativ müdaxilə tələb edən vəziyyətlərdə qrupların hadisə yerinə gecikməsi riskini yaradır".
Onun sözlərinə görə, yalan müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələri maarifləndirmə tədbirləri həyata keçirir. Eyni zamanda, bəzi yalan müraciətlərə hüquqi qiymət verilməsi üçün aidiyyatı qurumlara yönləndirilir.
Mərkəzin rəsmisi vətəndaşlara müraciət edərək "112" qaynar xəttinə hər hansı bir təhlükə ilə üzləşəndə zəng etmələrini xahiş edib.
Emin Şirvanzadə Qaynar xətt FHN zəng əsassız