Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 13 Feb 2024 19:58
Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə APA-ya Yasamal rayon prokurorluğundan bildirilib.
Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.
***
19.28
Bakıda evdə ər-arvadın meyiti tapılıb.
APA xəbər verir ki, hadisə Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evdə qeydə alınıb.
Hələlik adları açıqlanmayan ər-arvadın meyiti evdə aşkarlanıb.
Onların hansı səbəbdən ölməsi araşdırılır.
Mənbə: apa.az