, 1 Mart, 2026
Tarix: 28 Feb 2026 21:07
İrandan iki Azərbaycan vətəndaşı təxliyə olunub.
APA-nın cənub bürosunun məlumatına görə, iki nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub.
Qeyd edək ki, XİN İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.
İlkin Rzayev

