Şamaxıda zəlzələ olub

Tarix: 28 Feb 2026 23:36

Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerin 7 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.

Xəbər Lenti