Sumqayıtda 21 yaşlı oğlan binadan yıxılaraq ölüb

Sumqayıtda 21 yaşlı oğlan binadan yıxılaraq ölüb

Tarix: 14 Feb 2024 08:56

Sumqayıtda 21 yaşlı oğlan yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb.

APA xəbər verir ki, hadisə 41-ci məhəllədə qeydə alınıb.

2003-cü il təvəllüdlü, Elvin Mürvətov yaşadığı evin pencərəsindən özünü atıb.

Onun psixoloji problemlərinin olduğu və intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti