İrandan Azərbaycana 192 nəfər təxliyə olunub - YENİLƏNİB

Tarix: 01 Mar 2026 22:40

Fevralın 28-i saat 08:00-dan martın 1-i saat 22:00-dək İran İslam Respublikasından ümumilikdə 192 nəfər təxliyə olunub.

APA xəbər verir ki, təxliyə edilənlərin 82-si Azərbaycan vətəndaşıdır. Bundan başqa, 28 Pakistan, 18 Səudiyyə Ərəbistanı və 18 Çin vətəndaşı təhlükəsiz əraziyə çıxarılıb.

Həmçinin 17 Tacikistan, 6 BƏƏ, 4 İordaniya, 3 Qətər və 3 Banqladeş vətəndaşı təxliyə olunub.

Məlumata görə, 2 Filippin, 2 Nepal, eləcə də Türkiyə, Rusiya, İtaliya, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan hər biri 1 nəfər olmaqla vətəndaşın keçidi təmin edilib.

**** 21:40

Fevralın 28-i saat 08:00-dan martın 1-i saat 16:00-dək İran İslam Respublikasından Azərbaycan ümumilikdə 123 nəfər təxliyə olunub.

APA xəbər verir ki, təxliyə edilənlərin 54-ü Azərbaycan, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Çin, 6 nəfər BƏƏ, 5 nəfər Tacikistan, 4 nəfər İordaniya vətəndaşıdır.

Həmçinin 3 nəfər Qətər, 3 nəfər Banqladeş, 2 nəfər Filippin, 2 nəfər Nepal vətəndaşı təxliyə edilib.

Əlavə olaraq, İtaliya, Pakistan, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan hər biri 1 nəfər olmaqla vətəndaş təhlükəsiz əraziyə çıxarılıb.

Xəbər Lenti