Astara SGK məntəqəsindən Pakistan və Tacikistan vətəndaşlarının keçidi təmin olunub - FOTO

Tarix: 01 Mar 2026 21:49

Axşam saatlarında Astara Sərhəd Gömrük Keçid Məntəqəsindən təxliyə prosesi davam etdirilir.

APA xəbər verir ki, hazırkı məlumata görə, 20-yə yaxın Pakistan və iki Tacikistan vətəndaşının keçidi təmin olunub.

Tacikistan vətəndaşı, cərrah həkim Avaz Nazarov bildirib ki, o, xəstə aparmaq və əməliyyat həyata keçirmək üçün Tehrana gedibmiş.

“Müharibə başladı. Hər yeri vurdular. Biz də qayıdıb gəldik”, – deyə o bildirib.

Hazırda sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam edir.

İlkin Rzayev

Xəbər Lenti