Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 00:21
Şəkidə 34 yaşlı qadın hamamda dəm qazından boğulub. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Suçma kəndində baş verib.
Kənd sakini 34 yaşlı Yenigül Mənafova yaşadığı ünvanda hamamda dəm qazından boğularaq ölüb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Vüqar Heydərov