Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 10:25
Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb.
Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu çərçivədə, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Buzovna qəsəbəsi ərazisində fiziki şəxs Vəziri Fikrət Nadir oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Fövqəladə Hallar Nazirliyi qanunsuz tikili Buzovna qəsəbəsi

