Britaniya Azərbaycana yeni səfir təyin edib

Tarix: 02 Mar 2026 14:37

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman təyin edilib.

APA xəbər verir ki, səfir bu barədə "X" hesabında paylaşım edib. “Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - deyə səfir əlavə edib.

Qeyd edək ki, yeni səfir Dunkan Norman 2026-cı ilin may ayında vəzifəsini icra etməyə başlayacaq.

Firuzə Vahid

Xəbər Lenti